Xırdalanda dəhşət: attraksiondan yıxılıb ölən qadının son görüntüsü – VİDEO / YENİLƏNİB

Xırdalan şəhərində bədbəxt hadisə nəticəsində həyatını itirən şəxsin son görüntüləri yayılıb.

Globalinfo.az xəbər verir ki, bununla bağlı video sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Minayə Rasim qızı Nuriyeva iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

O, xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Sözügedən görüntüləri təqdim edirik:

*** 10:30

Xırdalan şəhərində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Nuriyeva Minayə Rasim qızı iyunun 8-də saat 17 radələrində Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda hündürlükdən yıxılıb.

Belə ki, 36 yaşlı qadın dairəvi hərəkət edən 5 qoşqudan ibarət, delfin şəkilli karuselin 2-ci qoşqusundan yıxılıb. O, qarının küt travması, daxili qanaxma, qapalı kəllə-beyin travması, alt çənə sınığı, sağ bazunun açıq sınığı, II  və III dərəcəli travmatik şok diaqnozu ilə Respublika Klinik Xəstəxanasına daxil olub.

M.Nuriyeva dünən saat 07:40-da xəstəxanada vəfat edib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.