XİN Qurani-Kərimə qarşı təhqiramiz hərəkətlə bağlı açıqlama yaydı

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsveçin paytaxtı Stokholmda aksiya zamanı Qurani-Kərimə qarşı təhqiramiz hərəkəti pisləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN tviterdə bildirib.

“Açıq nifrət cinayəti kimi islamofob hərəkətlər söz azadlığının ifadəsi deyil. Biz İsveç hökumətini bu nifrət cinayətini törədənləri tezliklə ədalət mühakiməsi qarşısına çıxarmağa çağırırıq”, – paylaşımda deyilir.