
Səhiyyə islahatları kontekstində yeni idarəetmə modellərinin və icbari sığortanın tətbiq olunduğu TƏBİB tabeli publik hüquqi şəxslər xüsusilə diqqət çəkir.
Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Müşfiq Məmmədli deyib.
““Son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə Birləşmiş Xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uyğunluq auditi nəticəsində bir-birini təkrarlayan və mahiyyətcə eynilik təşkil edən pozuntulara rast gəlinir:
Birincisi, çarpayı sayının eyni qalması və ya azalması fonunda ştat sayının kəskin artımı (10-15%). Ştat vahidlərində qeyri-tibb personalının 35%-dən yuxarı həddə çatması.
İkincisi, ştat cәdvәlinin vahid tarif-ixtisas kitabçasına uyğun olmaması nәzәrdә tutulmayan vәzifәlәrin müәyyәn edilmәsi ilә dövlәt vәsaitinә әlavә tәlәbat yaradılması.
Dövlət-özəl tərəfdaşlığı layihələri 30 milyon manatdan yuxarı müqavilələr üçün nəzərdə tutulub. Dövlət tibb müəssisələrinin ərazisi və əmlakının icarəyə verilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb. İcbari tibbi sığorta vəsaitlərindən dövlət və ya özəl tibb müəssisələrində istifadə zamanı iqtisadi cəhətdən əsaslandırılmış və Rəqabət Məcəlləsinin müddəaları nəzərə alınan metodlardan istifadə edilməlidir”.
Safura Bənnayeva
Globalinfo.az