Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb, mənzillərin açarları təqdim olunub.
Globalinfo.az xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb.
***12:57
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Xanyurdu kəndinə çatıb.
Globalinfo.az xəbər verir ki, Xanyurdu kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülüb.
***11:45
Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülür.
Beləliklə, bu köçlə Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq.



