“Xankəndinin xilası” planında yazılanlar… – Vardanyan

Xankəndidəki separatçılar arasında gərginlik pik həddə çatıb.

Globalinfo.az xəbər verir ki, bunu erməni milyarder Ruben Vardanyanın son müsahibəsi də göstərib.

Vardanyan müsahibəsində özünün separatçı rejimdə əsas rəqibi sayılan Samvel Babayanla əməkdaşlıq məsələsinə toxunub. Belə ki, o, çıxışında Babayanın “separatçıların xilası proqramı” ilə tanış olduğunu deyib və bunun 21-ci əsrin tələblərinə cavab vermədiyinə eyham vurub.

Qeyd edək ki, Babayan və Vardanyan hazırda separatçılar arasında əsas rəqiblərdir. Onlar ayrı-ayrı düşərgələrin təmsilçiləri sayılırlar. Əgər Vardanyan Rusiya tərəfindən dəstəklənib burada saxlanılırsa, Babayana bu dəstəyi İrəvan verir.

İlkin Həsənov
Globalinfo.az