Xankəndidən qaçış başladı: “istefa” xəbərləri gəlir – FOTO

Azərbaycanın rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndi şəhərindəki qondarma separatçı rejimin saxta “səhiyyə naziri” Samvel Avetisyan “vəzifəsindən” istefa verib.

Globalinfo.az xəbər verir ki, Samvel Avetisyan “vəzifədən istefasının” yeganə səbəbinin ona xəbər verilmədən başqa birinin “səhiyyə sisteminin rəhbəri vəzifəsi” üçün təklif edilməsidir.

Qeyd edək ki, Xankəndidə mühüm proseslər gedir. Belə ki, ötən gün erməni mediası separatçıların rəhbəri Araik Arutyunyanın “istefaya” gedəcəyi haqda məlumat yayıb. İddialara görə, o, Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən sonra bu qərara gəlib. Bildirilir ki, Paşinyan separatçı “liderə” “ya Bakıya inteqrasiya, ya da hərbi əməliyyatlar” deyib. Arutyunyanın məhz bundan sonra məsuliyyəti üzərindən atmaq üçün “istefaya” gedəcəyi gözlənilir.

Separatçı rejimin saxta “səhiyyə naziri” Samvel Avetisyanın “istefası”nın da bu prosesin tərkib hissəsi olduğu güman edilir.

Globalinfo.az
Ayşən Mustafa