Xankəndidəki partlayışı bu şəxslər törədib? – VİDEO

Ötən gün Xankəndidə baş verən güclü partlayışla bağlı müxtəlif versiyalar səsləndirilir.

Globalinfo.az xəbər verir ki, erməni mediası şəhərdə benzin çatışmazlığı səbəbindən yerli ermənilər arasında gərginliyin yarandığını yazıb.

Bu barədə Xankəndidə yaşayan ermənilər də bildirirlər.

“İnsanlar bir litr benzinə görə bir-birini vurur, bir-birini güllələməyə hazırdırlar”, – sakinlərdən biri deyib.

Bu məqam ötən gün şəhərdəki partlayışın bənzər gərginlik zamanı baş verməsini gündəmə gətirir. Həmin vaxt ərazidə çox sayda insanın olması da bu fikri yaradır.

Əsas versiya isə partlayışı Qarabağda gizlənmiş separatçı-terrorçu “lider”lərin – Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan – törətməsi ilə bağlıdır. İddia edilir ki, onlar Qarabağdan Ermənistana qaçmaq üçün belə bir terror aktı törədiblər və ardınca da xəstələrin Ermənistana təxliyəsi üçün helikopter istəyiblər.

Separatçıların məhz bu helikopterlə Ermənistana qaçmaq istədikləri versiyası irəli sürülür.

Qeyd edək ki, Xankəndidə yanacaq məntəqəsində baş verən partlayış nəticəsində 200-dən çox insanın yaralandığı deyilir.

Tamerlan Yayaqan
Globalinfo.az