Xankəndidəki partlayışda yaralananların sayı: xəstəxanadan görüntülər – VİDEO

Xankəndidə baş vermiş partlayış nəticəsində 200-dən çox insan yaralanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası xəbər yayıb.

Onların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağırdır.

*** 

Rusiya sülhməramlı kontingentinin həkimləri Xankəndidə yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində xəsarət alan Azərbaycanın Qarabağ bölgəsinin sakinlərinə yardım göstərir.

Globalinfo.az xəbər verir ki, bu barədə sülhməramlıların teleqram kanalı məlumat yayıb.

Ən ağır yaralılar xüsusi təyinatlı tibb bölməsinə təxliyə ediliblər.

Xatırladaq ki, Xankəndi-Əsgəran avtomobil yolunda yerləşən yanacaqdoldurma məntəqəsində partlayış baş verib. İlkin məlumatlara görə, yanacaq çəni partlayıb. Güclü partlayış nəticəsində ölən və yaralananlar var.