Bakıdan Xankəndiyə tibbi yardım göndərildi – FOTO / VİDEO

20:34

Rəsmi Bakı Xankəndidə benzin çəninin partlaması nəticəsində yaralanan şəxslərə yardım məqsədilə tibbi ləvazimatlar göndərib.

Globalinfo.az xəbər verir ki, tibbi ləvazimatlarla dolu avtomobil Ağdam-Əsgəran-Xankəndi yolu ilə hadisə yerinə yollanıb.

Qeyd edək ki, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib. Benzin çəninin partlaması nəticəsində ölən və yaralananların olduğu bildirilir.