Xankəndidəki partlayışda ölənlərin sayı – YENİLƏNİB

Azərbaycanın Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayış hadisəsi nəticəsində ölənlərin sayı açıqlanıb.

Yerli hüquq müdafiəçisi Qaqam Stepanyana istinadən yayılan məlumata görə, partlayış nəticəsində ölənlərin təsdiqlənmiş sayı 68 nəfərdir.

Bildirilir ki, ölənlərdən 21 nəfərin şəxsiyyəti müəyyən edilib, qalanların kimliyi hələ ki məlum deyil.

Yaralıların sayı isə 290 nəfərə çatıb.

***21:49

Xankəndi şəhərinin yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayışda ən azı 125 nəfər ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan səhiyyə naziri Anait Avanesyan deyib.

“Bu gün Qarabağda baş vermiş partlayışda ölən 125 nəfərin cəsədi Ermənistana aparılıb. Şəxsiyyətləri hələ müəyyənləşməyib. Onlar Məhkəmə Tibb Ekspertiza Mərkəzinin müvafiq bölməsinə təhvil verilib və orada şəxsiyyətləri müəyyənləşdiriləcək”, – deyə A.Avanesyam bildirilib.