Xankəndidə küçələrdən birinə Şevçenkonun adı verildi

Xankəndidəki küçələrdən biri Ukrayna şairi Taras Şevçenkonun adını daşımağa başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Bakıdakı səfiri Vladislav Kanevski Feysbuk səhifəsində məlumat verib.

“Xankəndidə özünəməxsus “Ukrayna ləhcəsi” yaranıb: indi şəhərin küçələrindən biri böyük Kobzarın – Taras Şevçenkonun adını daşıyır. Bunu “Google” yazır, bildiyiniz kimi, o hər şeyi bilir”, – deyə Kanevski yazıb.