Xankəndidə gözlənilməz “qərar”: Arutyunyanın “istefa” tarixi bilindi

Xankəndidəki baş separatçı Araik Arutyunyanın “istefa” məsələsi 6 ay müddətinə təxirə salına bilər.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Hraparak” qəzeti çıxış edib.

Qəzet dünən saxta, separatçı rejimin “parlamentində” “hərbi vəziyyət” zamanı “prezident seçkisinin keçirilməsi” “konstitusiya düzəlişi”nin ikinci oxunuşda qəbul edildiyini yazıb. Düzəlişin “konstitusiya”ya uyğunluğunun yoxlanılmasına isə qondarma rejimin “ali məhkəməsi” qərar verməlidir:

“Qanuna əsasən məhkəmənin öz fikrini bildirməsi üçün 10 gündən 6 aya qədər zamanı var. Bu o deməkdir ki, separatçı liderin dəyişməsi məsələsi minimum 6 ay müddətinə təxirə salınır. Lakin ehtiyac yaranacağı təqdirdə məhkəmənin yekun qərarı vaxtında əvvəl verəcəyi də istisna edilmir”.

Qeyd edək ki, bundan öncə Ermənistan mətbuatı Araik Arutyunyanın istefaya getməsi üçün Moskvadan cavab gözlədiyini yazmışdı. Üstəlik, Arutyunyanın Paşinyanla münasibətlərinin pisləşdiyi və İrəvanın ondan Bakıya inteqrasiyanı tələb etdiyi bildirilmişdi.

İlkin Həsənov
Globalinfo.az