Xankəndidə ekshumasiyalar həyata keçiriləcək – Rəsmi

“İndi Xankəndi və ətrafında əlçatanlıq təmin ediləcəyi üçün oralarda da itkin düşmüş şəxslərin axtarışı üçün ekshumasiyalar həyata keçiriləcək”.

Globalinfo.az xəbər verir ki,bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin məhkəmə tibbi ekspertiza məsələləri üzrə koordinator Elif Eskiköy deyib.

O bildirib ki, bu istiqamətdə əlaqədar qurumlarla müzakirələr aparılır:

“Azərbaycan tərəfindən itkin düşən bütün şəxslərin identifikasiyanın tam müəyyən ediləcəyi ilə bağlı dəqiq bir şey demək mümkün deyil. Lakin artıq Azərbaycan bölgədə daha çox yerə əlçatanlığı var və araşdırmalar geniş aparılacaq. Bunun üçün bizə ən yaxşı halda 10 il lazımdır”.

Ayşən Mustafa
Globalinfo.az