Xankəndi yaxınlığındakı partlayışda 170 nəfər ölüb

Sentyabrın 25-də Azərbaycanın Qarabağ bölgəsində, Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 170 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Məlumata əsasən, partlayış baş verən ərazidə aşkarlanan şəxsi əşyalar və meyitlərin qalıqları tapılıb, nəticədə məhkəmə tibbi ekspertiza 170 nəfərin öldüyünü təsdiqləyib. Cəsədlərin qalıqları şəxsi əşyaları ilə birlikdə DNT analizlərinin aparılması üçün Ermənistana təqdim ediləcək.