Xankəndi qarışır: Vardanyan Bakının qadağan etdiyi o ifadəni demədi…

Erməni milyarder Ruben Vardanyan Brüssel görüşü ərəfəsində Qarabağda aktivləşib.

Globalinfo.az xəbər verir ki, Vardanyan Xankəndidə Bakıya qarşı “Qarabağın inkişafı və təhülkəsizlik cəbhəsi” yaradıldığını açıqlayıb.

Erməni milyarder yaradılan yeni qüvvənin qondarma rejimin “gələcəyi”, “ərazi bütövlüyünün” təmin edilməsi və “mövcudluğunun” saxlanılması üçün formalaşdırıldığını söyləyib.

Vardanyan ya ermənilərin birləşəcəyini və hadisələrin gedişini dəyişəcəyini, ya da onları parçalayan qüvvələrin təxribatlarına gedərək zəifləyəcəyini bildirib.

Diqqətçəkən məqam isə Vardanyanın geniş bəyanatında Bakının qəti qarşı çıxdığı “öz müqəddəratını təyinat” ifadəsinə yer verilməməsidir.

Qeyd edək ki, son zamanlarda Qarabağdakı separatçılar bölünmə güclənib, bu isə Xankəndidə qarışıqlığa səbəb olub. Xüsusilə separatçılar İrəvanın dəstəklədiyi qüvvələr və rusiyayönlülər arasında iki yerə bölünüb. Birinci cəbhədə Samvel Babayan, Masis Mailyan kimi qüvvələr dayanır, digər qrupu isə Vardanyan təmsil edir. Bu qruplar artıq bir-birinə açıq savaş elan ediblər. Sülhməramlılar Vardanyanın Bakı əleyhinə mitinq keçirməsinə şərait yaradır, Babayanın mitinqinə müxtəlif adlar altında mane olur.

İlkin Həsənov
Globalinfo.az