images 6

Ermənistan enerji təhlükəsizliyini gücləndirmək və təbii qaz təchizatında mənbələri şaxələndirmək məqsədilə Azərbaycandan qaz idxalı imkanlarını nəzərdən keçirir.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın “Tasnim” nəşri məlumat yayıb. Belə ki, Ermənistan parlamentinin üzvü Sarkis Xandanyan Azərbaycandan təbii qaz alınmasının hazırda müzakirə olunan əsas variantlardan biri olduğunu bildirib.

Deputat eyni zamanda İrandan qaz idxalının artırılması ehtimalının da gündəmdə olduğunu qeyd edib. Beləliklə, İrəvan enerji təminatında alternativ marşrut və mənbələrin yaradılmasına çalışır.

Məlumata görə, Zəngəzur dəhlizi çərçivəsində Ermənistan ərazisindən keçəcək təxminən 42 kilometrlik qaz kəmərinin inşası planlaşdırılır. Layihənin Azərbaycanı Naxçıvan və Türkiyə ilə enerji infrastrukturu baxımından əlaqələndirməsi nəzərdə tutulur.

Ermənistanın bu kəmərdən yalnız tranzit marşrutu kimi deyil, əlavə enerji mənbəyinə çıxış imkanı kimi də istifadə etmək niyyətində olduğu bildirilir.

Tahir Turan
Globalinfo.az

Paylaş: