İsrailin Baş naziri Benyamin Netanyahu İranın ali rəhbəri Əli Xamenei ilə bağlı diqqətçəkən açıqlama verib.
Globalinfo.az xəbər verir ki, Netanyahu müraciəti zamanı “bizdə olan işarələr göstərir ki, o, artıq yoxdur” ifadəsini işlədib. Lakin Baş nazir İran liderinin ölümünü açıq şəkildə təsdiqləməyib.
Xatırladaq ki, daha əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi Netanyahunun sağ olduğunu bildirib.
Həmçinin, KİV-də yayılan məlumata görə, Xamenei öz qərargahındadır və əməliyyatlara rəhbərlik edir.
Aysel Əliyeva
Globalinfo.az