Xaçmazdakı yanğın məhdudlaşdırılıdı – YENİLƏNİB

Xaçmazda “Yalama aqropark”ında baş verən yanğın məhdudlaşdırılıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hazırda ərazidə soyutma işləri görülür. Alovun heyvandarlıq kompleksinin digər sahələrinə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı anbara toplanan ot ehtiyatı yanıb.

***17:04

Günorta saatlarında Xaçmazda “Yalama aqropark”ında baş verən güclü yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə yerinə Xaçmaz və Qusar rayonlarından FHN-nin texnikaları və canlı qüvvəsi cəlb olunub.

Aqroparkın ot anbarlarında başlayan yanğının qarşısını almaq üçün tədbirlər davam etdirilir.

Xaçmazda aqroparkda yanğın başlayıb - FOTO - YENİLƏNİB Xaçmazda aqroparkda yanğın başlayıb - FOTO - YENİLƏNİB Xaçmazda aqroparkda yanğın başlayıb - FOTO - YENİLƏNİB