9777755 pic 32ratio 900x600 900x600 65527 2

Tanınmış şair Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Globalinfo.az xəbər verir ki, bu barədə o, Ajans.az-a açıqlama verib.

“Ömür boyu Vüqar Əhməd xalqa xidmət edib. Məni niyə saxlasınlar ki? Yalandan imicimə xələl gətirmək üçün bunu ediblər.  Elmi işçimiz Aygün xanım məlumatının olmadığını deyib, ancaq onun adından yazıblar. Bütün xalqımız narahat olub. Özbəkistan, İran Türkiyədən nə qədər insan narahat olub”,- o vurğulayıb.

O əlavə edib ki, haqqında yazılan yalan məlumatlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcək.

“Hüquq mühafizə orqanlarına müraciət etmişəm. Yalan məlumatlarla bağlı məhkəməyə müraciət edəcəm”.

***19:17

Tanınmış şair Vüqar Əhmədin saxlanıldığı bildirilir.

Globalinfo.az xəbər verir ki, bu haqda “Manset.az” məlumat yayıb.

Məlumata görə, o, səhər saatlarında işə gedərkən saxlanılıb. Şəxsi telefonlarına isə səhər saatlarından zəng çatmır.

Xəbəri çalışdığı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova təsdiq edib.

“Vüqar müəllim səhər saatlarında işə gələrkən saxlanılıb. Hansı qurum tərəfindən saxlanıldığı barədə məlumatımız yoxdur. Belə məlumat var ki, bu saatlarda buraxılacaq”.

Paylaş: