Voskanyan: Azərbaycan Ordusu 20 metr aralıda… – Xəritə

“Bu, Ermənistan-Gürcüstan dövlətlərarası avtomobil yolunun Kirantsdan keçən hissəsidir”.

Globalinfo.az xəbər verir ki, bunu özünü iranşünas kimi təqdim edən erməni ekspert Vardan Voskanyan deyib.

O iddia edib ki, delimitasiya prosesi burada həyata keçirilsə, Azərbaycan Ordusu alternativ yoldan təxminən 20 metr aralıda yerləşəcək.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan sərhədin delimitasiyası prosesindən danışarkən Azərbaycan Ordusunun  yaxınlıqda yerləşməsinin təhlükəli olmadığını deyib.

“Erməni sakinlər düşünsünlər ki, nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır, rahat ticarətlə məşğul ola biləcəklər”, – N.Paşinyan bildirib.

Əliyar Xəlil
Globalinfo.az