Rusiya neftini Avropa ölkələrinə nəql edən “Drujba” kəmərində partlayış baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
Məlumata görə, neft kəmərinə hücum Taqanroq-Lipetsk neft kəmərinin üzərində yerləşən Kazinskiye Vyselki kəndi yaxınlığında baş verib.
Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin bildirdiyinə görə, neft kəmərinin bir hissəsini məhv etmək və daha böyük yanğına nail olmaq üçün uzaqdan işə salınan partlayıcılardan istifadə edilib.
Safura Bənnayeva
Globalinfo.az