“Şərqi Avropa regionunda gərginliyin artması misilsiz xarakter daşıyır, əhəmiyyətli sayda NATO qoşunlarının Rusiya və Belarus sərhədində saxlanması davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Andrey Serdyukov deyib.
“Onların hərbi aktivliyi, birgə təlimləri artır. Alternativ yolların axtarışı yerinə Qərb ölkələrinin qəbul etdiyi sanksiya tədbirləri artır”, – o bildirib.
Serdyukov həmçinin Cənubi Qafqazda vəziyyətin qeyri-sabit olduğunu söyləyib.
“Həlli ilə bağlı proseslər davam edir. Əsas məsələ isə Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sülh müqaviləsinin bağlanmasıdır”.
Əliyar Xəlil
Globalinfo.az