Vətən müharibəsi iştirakçısı vəfat edib – FOTO

Vətən müharibəsi iştirakçısı olan Fərid Kərimli bu gün vəfat edib.

Globalinfo.az Oxu.Az-a istinadənxəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

1996-ci ildə Qazax rayonun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçəngi xəstəliyinə tutulub.

Qeyd edək ki, F.Kərimli “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.