Vətən müharibəsi bizim şanlı tariximizdir – İlham Əliyev

Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Zəfər Günü münasibətilə xalqa müraciətində söyləyib.

“Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik”, – dövlət başçısı bildirib.