vens

ABŞ vitse-prezidenti Ceyms Di Vensin həyat yoldaşı Uşa Vens “Marine Two” helikopterindən enərkən gözlənilməz təhlükə ilə üzləşib.

Globalinfo.az xəbər verir ki, hadisə “Joint Base Andrews” hərbi bazasında baş verib və kameraya düşüb.

Uşa Vens iki aylıq körpəsi ilə birlikdə helikopterdən enərkən son pillədə ayağı büdrəyib.

Körpəni xüsusi “kenquru” çantasında daşıyan Uşa Vens müvazinətini itirsə də, vaxtında tutacaqdan yapışaraq yıxılmaqdan qurtulub.

Hadisə zamanı körpənin də onun üzərində olduğu görünür.

Təhlükəli anın ardından Uşa Vensin gülümsəməsi də kameralara əks olunub.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: