Vəkilin iddiasına Gömrük Komitəsi cavab verdi – VİDEO

Hüquqşünas Elçin Sadıqovun Heydər Əliyev Adına Beynəlxalq Hava Limanından yaydığı video görüntülər ictimaiyyətdə birmənalı qarşılanmayıb. E.Sadıqov deyib ki, Dövlət Gömrük Komitəsinin əməkdaşları H.Əliyev adına Beynəlxalq Hava Limanında “gömrük rüsumları” yığır.

Mövcud görüntülərlə bağlı Globalinfo.az Dövlət Gömrük Komitəsinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq bildirilib ki, yayılanan videogörüntülər ötən ilin dekabr ayında lentə alınıb:

“Həmin vaxt Dubay-Bakı aviareysi ilə gələn bir qrup sərnişinə məxsus kommersiya təyinatlı ehtimal edilən xeyli sayda mallar qanunvericiliklə nəzərdə tutulmuş limit hədlərini, yəni ümumi gömrük dəyəri 800 ABŞ dolları məbləğini keçdiyinə görə, gömrük rəsmiləşdirilməsinə cəlb olunmuş, lakin bununla razılaşmayan bəzi vətəndaşlar asayişi pozmağa çalışmışlar”-komitədən bildirilib.

Həmin görüntüləri təqdim edirik:

Zaira Akifqızı
Globalinfo.az