İsrailin Qəzza planına ABŞ-dan reaksiya: “Məyus olduq”

İsrail İordan çayının qərb sahilində 3300-dən çox ev tikməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail tərəfi məlumat yayıb.

Lakin ABŞ tərəfinin bu məsələyə reaksiyası fərqli olub. Belə ki, ABŞ Dövlət katibi Entoni Blinken İsrail administrasiyasının İordan çayının qərb sahilinin bəzi bölgələrində ev tikmək planından məyusluq hissi keçirdiyini deyib:

“İsrail tərəfinin məskunlaşma ilə bağlı xəbərlərini gördük. Bu açıqlamadan məyus olduq. ABŞ administrasiyası yeni yaşayış məntəqələrinin salınmasının sülhün əldə edilməsinə mənfi təsir göstərəcəyi qənaətindədir. Üstəlik, bu yaşayış məntəqələrinin tikintisi beynəlxalq hüquqa uyğun deyil”, – Blinken vurğulayıb.

Xatırladaq ki, İsrail hökuməti İordan çayının qərb sahilində Beytləhm şəhəri yaxınlığındakı yəhudi qəsəbəsində 2350, Kedarda 300, Efrat yəhudi qəsəbəsində isə 700 evin tikintisinə icazə verib.

Əliyar Xəlil
Globalinfo.az