Vəfat etmiş uşağın adından pul yığılır – FOTO

Vəfat etmiş uşağın şəklini sosial şəbəkələrdə paylaşaraq pul yığırlar. 

Globalinfo.az xəbər verir ki, bununla bağlı şəhid mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

O, insanları bu paylaşıma inanmamağa çağırıb:

“Qohumumun bir neçə ay öncə vəfat edən 13 yaşlı oğlunun şəkli ilə feysbukdakı “Lalafo” səhifəsində yardım üçün pul yığırlar. Bu elana inanmayın, pul göndərməyin. Elanda şəkli qoyulan İmanov Şakir Kənan oğlu bir neçə ay öncə ağır xəstəlikdən vəfat edib. Atası ilə də əlaqə saxladım, fırıldaqçıların əməlindən xəbərdardır, vəfat etmiş övladının adından pul yığılmasına görə çox pis haldadır”, – o bildirib.

Zaira Akifqızı
Globalinfo.az