vuf 11

Azərbaycan universitetləri WUF13 çərçivəsində keçirilən “Urban Expo” sərgisində dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” həlləri və ekoloji innovasiyalar sahəsində hazırladıqları layihələrlə təmsil olunurlar.

Globalinfo.az xəbər verir ki, sərgidə Bakı Dövlət Universiteti, Qarabağ Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Sumqayıt Dövlət Universiteti iştirak edir.

Universitetlər burada yaşıl enerji, robot texnologiyaları, rəqəmsal transformasiya və iqlim dəyişikliklərinə adaptasiya istiqamətlərini əhatə edən elmi-tədqiqat və startap layihələrini təqdim edirlər.

Eyni zamanda ali təhsil müəssisələrinin tətbiqyönümlü innovativ təşəbbüsləri və beynəlxalq əməkdaşlıq imkanları da ziyarətçilərə nümayiş etdirilir.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: