Vardanyanın mətbuat katibi “Azərbaycan casusu çıxdı”

Xankəndidəki qanunsuz rejimin keçən ay “dövlətə xəyanət” ittihamı ilə tutduğu şəxslərdən birinin kimliyini bəlli olub.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı Ermənistan mətbuatı yayıb.

Saxlanılan şəxsin qondarma rejimin keçmiş “dövlət nazirinin mətbuat katibi” Samvel Balayan olduğu vurğulanıb.

İddia edilir ki, Balayan və Qarabağda yaşayan daha bir erməni sosial şəbəkələr vasitəsilə Azərbaycan xüsusi xidmət orqanlarına separatçı rejimlə bağlı konfidensial informasiyalar ötürüblər.

Bununla belə, Balayanın nə zamandan “dövlət nazirinin spikeri” işlədiyi açıqlanmayıb. Lakin maraqlı məqam onun həbs müddətinin Qurgen Nersisyanın Ruben Vardanyanı əvəzlədiyi dövrə təsadüf etməsidir. Bəzi mənbələr onun məhz Vardanyanın mətbuat katibi olduğunu yazıblar.

Qeyd edək ki, son üç ayda Qarabağda “Azərbaycan casusu” deyə saxlanılanların sayı 5 nəfər təşkil edib. Onlar sırasında qondarma rejimin İctimai Radiosunun Rus bölməsinin redaktoru da var. Bir sıra mənbələr bu şəxslərin Bakı ilə inteqrasiyanı dəstəklədikləri üçün saxlanıldıqlarını yazıblar.

İlkin Həsənov
Globalinfo.az