Zelenski Makronla danışdı – Bu məsələləri müzakirə etdilər

Ukrayna Prezidenti Vladimir Zelenski Fransa Prezidenti Emmanuel Makronla telefonla danışıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident Zelenski deyib.

“G7 Vilnüs Bəyannaməsi əsasında təhlükəsizlik öhdəliklərinə dair ikitərəfli sənədin hazırlanmasını müzakirə etdik”, – deyə Zelenski bildirib.

Həmçinin döyüş meydanındakı vəziyyət və Ukraynanın müdafiə ehtiyacları, pilotsuz uçuş aparatları, artilleriya və sursatlar, hava hücumundan müdafiə sistemləri barədə müzakirə aparılıb.

Globalinfo.az