Uşaqlarda ən çox bu xəstəlikər aşkarlanıb

2022-ci ildə uşaqlarda ən çox aşkarlanan xəstəliklər məlum olub.

Bu barədə Globalinfo.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ötən il uşaqlarda aşkar olunan xəstəliklər arasında göz xəstəlikləri – 25% (əsasən yaxındangörmə), həzm sistemi – 20% (əsasən stomotoloji), tənəffüs sistemi – 13.5% (əsasən LOR), sümük-əzələ sistemi – 12.3% (əsasən qamətin pozulması) xəstəlikləri üstünlük təşkil edib.