Universitet tələbəsi anidən vəfat etdi

Azərbaycan Texniki Universitetinin (AzTU) I kurs tələbəsi, 2005-ci il təvəllüdlü Bəxtiyar Paşayev vəfat edib.

Globalinfo.az Report-a istinadən xəbər verir ki, hadisə o, universitetə gedərkən baş verib.

İlkin ehtimala görə, B.Paşayev ürəktutmasından vəfat edib.

O, bu gün Biləsuvar rayonunun Çinarlı kəndində dəfn olunub.