61593587 605 2

Kiyev və Vaşinqton arasında Berlində ərazi məsələsi ilə bağlı gərgin müzakirələrdən sonra ABŞ-da həlledici məsləhətləşmələr mərhələsi hazırlanır.

Globalinfo.az-ın xəbərinə görə, bu barədə “Axios” Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, hərbçilər və diplomatlar bu həftə sonu Floridada toplaşaraq xəritələrdə yeni sərhədlər çəkəcəklər.

Nəşr amerikalı nümayəndədən sitat gətirir:

“Danışıqlar, ehtimal ki, bu həftə sonu ABŞ-da, ola bilsin, Mayamidə, işçi qrupları və hərbi personalın xəritələrə baxması ilə keçiriləcək”.

Məlumata görə, Donald Trampın komandası Kiyevə NATO Nizamnaməsinin 5-ci maddəsinə bənzər şəkildə görünməmiş təhlükəsizlik zəmanətləri müqabilində genişmiqyaslı ərazi güzəştləri təklif edir.

Mənbələrə görə, Vaşinqton Ukrayna Silahlı Qüvvələrinin bölgəni silahsızlaşdırılmış “azad iqtisadi zona”ya çevirmək üçün Donbas ərazisinin qalan 14%-dən geri çəkilməsini tələb edir.

Tahir Turan
Globalinfo.az

Paylaş: