putin makron

20:29

Rusiya prezidenti Vladimir Putin Fransa lideri Emmanuel Makronla telefon danışığı aparıb.

Globalinfo.az xəbər verir ki, tərəflər arasında sonuncu sənədləşdirilmiş telefon danışığı 2022-ci il avqustun 19-da baş tutub.

Əsas müzakirə mövzusu Zaporojya AES-dəki vəziyyət olub.

Həmin vaxtdan bəri onlar arasında yeni danışıq aparılıb-aparılmadığı haqda ictimaiyyətə heç bir məlumat verilməyib.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Putin Makronun münasibətləri kəsdiyini söyləyib.

Bununla belə, 2025-ci ilin martında Makron Putinlə dialoqu bərpa etməyə hazır olduğunu açıqlayıb. Ancaq zəruri hesab edilən zaman Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə olacağını qeyd edib.

***

Telefon danışığı zamanı liderlər əsas diqqəti İran və İsrail arasında eskalasiyaya, eləcə də ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrinə yönəldiblər. BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi Rusiya və Fransa regionda sülhün və təhlükəsizliyin qorunması, həmçinin nüvə silahının yayılmaması rejiminin qorunub saxlanması üçün öz məsuliyyətlərini vurğulayıblar.

Rusiya-Ukrayna müharibəsinə toxunan Putin deyib ki, müharibə Qərbin siyasətinin nəticəsidir və Rusiyanın təhlükəsizlik maraqlarına məhəl qoyulmur. Belə ki, Kiyevdə anti-Rusiya əhval-ruhiyyəsi dəstəklənir və bu, rusdilli əhalinin hüquqlarının pozulmasına səbəb olur.

O, həmçinin Qərb ölkələrini Ukraynaya silah verməklə hərbi əməliyyatları uzatmaqda günahlandırıb. O həmçinin Makrondan Ukrayna torpaqlarının ilhaqını tanımasını tələb edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: