Ukraynanın son döyüş gəmisi məhv edildi

Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus sonuncu “Kirovoqrad-Yuri Olefirenko” adlı döyüş gəmisi məhv edilib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, döyüş gəmisi mayın 29-da Odessa limanında Rusiya Hərbi Hava Qüvvələrinin hücumu nəticəsində məhv edilib.