owl detail 620 dbc5fdb22ffcb6ce43bf982903530c87

Ukrayna Silahlı Qüvvələrinin (AFU) əsgəri Yevgeni Poqrebnyak Rusiya pilotsuz uçuş aparatından atılan qeydi oxuduqdan sonra təslim olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Teleqramın Rusiya seqmentində məlumat yayılıb.

Poqrebnyakın sözlərinə görə, Ukrayna komandanlığı onu və həmkarlarını “mütləq ölümə” göndərib – onlar Donetsk Xalq Respublikasının mütəmadi olaraq atışmaların baş verdiyi Urojaynoye kəndinin meşə zolağına girməli olublar:

“Gördüm ki, Rusiyaya məxsus drondan bir not düşür. Aldım, oxudum, yazımışdı ki “AFU əsgəri, təslim ol, təhlükəsizliyinə zəmanət veririk. Əks halda öldürüləcəksən”. Mən getdim və təslim oldum. Mənimlə yaxşı rəftar etdilər. İçməyə, yeməyə bir şeylər verdilər, siqaret çəkməyə imkan yaratdılar”.

owl detail 620 419dd8f29fd1380666091867cad44c83
Yevgeni Poqrebnyak

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: