6a7c7f524fa136a7c7f524fa1417865439546a7c7f524fa116a7c7f524fa12 11

Ukrayna Rusiyaya Qara dənizdə mülki hədəflərə zərbə endirməyi dayandırmağı təklif edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, təklif üçüncü ölkə vasitəsilə Rusiya tərəfinə çatdırılıb, lakin rəsmi Moskvadan hələ ki cavab verilməyib.

Xatırladaq ki, Türkiyə xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Ankara Qara dənizdə gəmiçiliyin təhlükəsizliyi ilə bağlı vəziyyəti diqqətlə izləyir və Rusiya-Ukrayna münaqişəsinin tərəflərinə hərbi əməliyyatlara moratorium tətbiq olunması ilə bağlı təklif göndərib.

Rusiya XİN başçısının müavini Aleksandr Qruşko isə jurnalistlərə açıqlamasında Rusiyanın Qara dənizdə hərbi əməliyyatlara mümkün moratoriumla bağlı hələlik heç bir rəsmi təklif almadığını deyib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: