İsrailin bu əməliyyatı 51 milyard dollara başa gələcək

İsrailin Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatları ən optimist hesablamalara görə 200 milyard şekelə (təxminən 51 milyard dollar) başa gələcək.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrailin “Calcalist” iqtisadiyyat nəşri məlumat verib.

Qəzetin yazdığına görə, Hizbullahın, İranın və ya Yəmənin tam iştirakı olmadan hərbi əməliyyatların daha 8-12 ay davam etməsi və Qəzza zolağı ilə məhdudlaşması şərti ilə xərclər İsrailin ÜDM-nin təxminən 10%-ni təşkil edəcək.

Qeyd olunub ki, İsrail Maliyyə Nazirliyi bu qiymətləndirməni normal qəbul edir.