Erməni siyasətçi Lilit Qalstyan Baş nazir Nikol Paşinyanın son çıxışlarını tənqid edib.
Globalinfo.az bildirir ki, Qalstyanın sözlərinə görə, onun özünü “ehtiraslı natiq” kimi təqdim etmək cəhdi əsassızdır.
“Bütün mümkün qırmızı xətləri keçən Paşinyanın aqressiv ritorikası və əsəbi davranışı natiqlik məharətindən deyil, çıxılmaz vəziyyətdə olmasından qaynaqlanır. Xeyr, cənab Paşinyan, siz ehtiraslı natiq deyilsiniz. Ehtiraslı natiqlər Njde, Çörçill və Aram Manukyan olub. Tarix sizə fərqli qiymət verəcək.
Sizin aqressiv, qeyri-normativ leksikonunuz və əsəbi davranışınız ritorik sənətin təzahürü deyil, laqeydliyin və çıxılmaz vəziyyətin açıq göstəricisidir”, – deyə o vurğulayıb.
Tahir Turan
Globalinfo.az