“Qisas qaçılmazdır, rus ordusu fəal şəkildə irəliləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
“Narahat olmaq lazımdır. Bu, normal insana xas xüsusiyyətdir. Rusiya isə hücumunu davam etdirəcək” – o bildirib.
Medvedev həmçinin qeyd edib ki, ölkəsinin sürətli qələbəsi üçün İstanbuldakı danışıqlara ehtiyac var.
Qeyd edək ki, iyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üzrə danışıqların ikinci raundu keçirilib. Görüş bir saatdan çox davam edib.
Əliyar Xəlil
Globalinfo.az