Ukraynada qadının çantası partladı: ölənlər var – VİDEO

regnum picture 16996979853321 social

Ukraynanın Nikolayev şəhərində hərbi komissarlığın qarşısında partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Saytın təqdim etdiyi videogörüntüdə bir qadının hərbi komissarlıq əməkdaşlarına yaxınlaşdığı və qısa müddət sonra orada partlayış baş verdiyi görünür.

“Partlayış hərbçilərin yanında baş verib. Kadrlarda bir qadın da var, çox güman ki, partlayıcı maddə onun çantasında olub”, – deyə paylaşımda bildirilir.

Hadisə zamanı qadın özü və hərbi komissarlığın bir əməkdaşı həlak olub. Daha altı hərbçi isə yaralanıb.

 

Aysel Əliyeva
Globalinfo.az