Ukraynada iki vilayət rəhbəri istefa verdi

Ukraynanın Luqansk Vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Qayday istefa verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna parlamentinin “Avropa həmrəyliyi” partiyasından olan deputatı Aleksey Qonçarenko məlumat verib.

“Sergey Qayday Luqansk Vilayət Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən istefa verdi. Onun tezliklə Qazaxıstana səfir təyin ediləcəyi gözlənilir”, – deyə o bildirib.

Qonçarenkonun sözlərinə görə, Qaydayın istefası onun Qazaxıstana səfir təyin olunması ilə bağlıdır. Qazaxıstan martın 19-na təyin edilmiş növbədənkənar parlament seçkilərindən sonra yeni səfirin təyinatı ilə bağlı razılaşma sənədini təqdim etməlidir.

“RBC Ukrayna”nın məlumatına görə, Odessa vilayətinin rəhbəri Maksim Marçenko da vəzifəsindən azad ediləcək.