Ukraynada iki helikopter qəzaya uğradı: 6 zabit öldü

Baxmut istiqamətində iki hərbi helikopter qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, hadisə döyüş tapşırığı zamanı baş verib.

Qəza nəticəsində İqor Sikorski adına ordunun 18-ci aviasiya briqadasının altı zabit pilotu həlak olub.

Təhlükəsizlik məqsədilə hərbçilərin adları və ölüm şəraiti açıqlanmayıb.