Ukraynadan Rusiyaya qeyri-adi hücum – Bu da oldu…

“Ukrayna Rusiyanın taxıl tarlalarına ABŞ çəyirtkələri ilə “hücum” təşkil edib”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, baş verənlərlə bağlı video yayılıb. Videodan görünür ki, üzü görünməyən qadın çəyirtkələri tarlaya buraxdıqdan sonra kameraya bir vərəq göstərir və orada Ukrayna dilində mətn var.

Media bu faktdan yola çıxaraq “çəyirtkə hücumunda” Ukraynanın əli olduğunu yazıb.

Zaira Akifqızı
Globalinfo.az