“Arxiyepiskop Baqrat Qalstanyanın hər hansı terror qruplaşmasının yaradılması ilə heç bir əlaqəsi yoxdur”.
Globalinfo.az xəbər verir ki, bunu Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikael Ajapaxyan Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Qeyd edək ki, Paşinyan üzünü katolikos arxiyepiskoplara tutaraq bildirib ki, Baqrat Qalstanyan və Mikael Ajapaxyanın həbsini qanunsuz sayanlar, hərbi çevriliş təşkil etmək cəhdində onlar qədər məsuliyyət daşıyırlar. O həmçinin vurğulayıb ki, genişlənən Vaqarşapat icmasının heç bir ərazisi hüquq-mühafizə orqanlarının fəaliyyətinə qapalı olmamalıdır.
Bu bəyanat hüquq müdafiəçiləri və ekspertlər arasında narahatlıq yaradıb. Onlar Paşinyanın açıqlamasını Eçmiədzinin Ana taxtında istintaq hərəkətləri başlatmaq üçün üstüörtülü siqnal kimi qəbul ediblər.
Bu arada arxiyepiskop Ajapaxyan ittihamları rədd edərək, onları böhtan adlandırıb.
“Baqrat heç bir terror qruplaşması yaratmayıb. Ona görə də, mən mövcud olmayan bir şeydə iştirak edə və ya dəstəkləyə bilməzdim”.
Xatırladaq ki, arxiyepiskop Baqrat Qalstanyan və daha 16 nəfər iyunun 25-də genişmiqyaslı axtarışlardəan sonra həbs ediliblər. İstintaq Komitəsi hakimiyyətin silahlı yolla ələ keçirilməsi cəhdinin qarşısı alındığını bildirib.
Əliyar Xəlil