pms

Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya ilə sərhəddən təxminən 2500 kilometr uzaqlıqda yerləşən Omsk vilayətinə hücum edib.

Globalinfo.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vitali Xotsenko Telegram kanalında məlumat verib.

Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri regionumuza qarşı hücumu dəf edir. Bu səbəbdən Sobornaya meydanında keçirilməsi planlaşdırılan axşam konsertinin ləğv edilməsi barədə qərar qəbul olunub”, – deyə o bildirib.

Qubernator sakinləri təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb və fövqəladə hallar zamanı 112 xidmətinə müraciət etmələrini istəyib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: