Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə lazımi anda danışmaq istədiyini bildirib.
Globalinfo.az xəbər verir ki, o bunu ARD kanalına müsahibəsində deyib.
Şolts Putinlə Ukraynanı müzakirə etmək istədiyini bildirib. Jurnalistin “Lazımi an nə vaxt yetişə bilər?” sualına Şolts “tezliklə” cavabını verib:
“Ukrayna bizə inanır və tək qalacağı ilə bağlı qorxmamalıdır”.
Qeyd edək ki, bundan öncə Trampla Putinin telefonla danışması barədə ABŞ mətbuatı məlumat yayıb. Lakin Kremlin mətbuat katibi Dmitri Peskov bunu təkzib edib.
Əliyar Xəlil
Globalinfo.az