“Ermənistan işsizliyin kəskin artması ilə üzləşə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu keçmiş maliyyə naziri Vardan Aramyan deyib.
“Bu gün Ermənistanın iqtisadi aktivliyi 11,2 faiz təşkil edir. Bizdə son illərdə xarici sərmayələr artmayıb və daxili sərmayənin böyük hissəsi mənzil tikintisi sektoruna yönəlib. Belə siyasət səmərəsizdir. İqtisadi artımımızın əsasları kövrəkdir və biz 2009-cu ildə olduğu kimi işsizlikdə kəskin artımla qarşılaşa bilərik. İxrac sektorumuz boğulmaqdadır. Qeyri-ixrac sektoru olan iqtisadi artım modeli davamlı ola bilməz və bu, mümkün deyil. Nə vaxtsa dayanır və ondan sonra iqtisadiyyatın əsasları dağılır”, – deyə Aramyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az