Üç ölkə Fələstini niyə tanımağa hazırlaşır? – Qlobal prosesin GİZLİNLƏRİ

İspaniya, İrlandiya və Norveç mayın 28-də Fələstin dövlətini rəsmən tanıyacağını elan edib. Üç ölkənin belə bir bəyanatla çıxış etməsinin səbəbi nədir? Proseslərin İranla bağlı cərəyan edən son hadisələrlə əlaqəsi varmı?

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, həmin ölkələr qlobal ədalətsizlik fonunda məsuliyyət hissi daşıdıqlarını ortaya qoyurlar:

“Bu, haqsızlığa, ədalətsizliyə qarşı üsyandır. Düşünürəm ki, digər ölkələrdən də eyni yanaşmanın şahidi olacağıq. 1967-ci ildən Fələstini müstəqil dövlət kimi tanımaq istəyən çox ölkə var. Elə başda qardaş Türkiyə dayanır. Ərəb ölkələri, qlobal güc mərkəzləri – Rusiya və Çin, İran da bu siyahıya daxildir.

İspaniya, İrlandiya və Norveçin bu təşəbbüsü BMT və özünü hegemon göstərən ABŞ-ı İsrailin qarşısında zəif vəziyyətə salacaq. İsrail və ABŞ-ın zehniyyəti gücə söykənir. Nəticə etibarilə ABŞ artıq İsraili müdafiə etməyin mümkün olmadığını anlayacaq”.

Politoloqun fikrincə, bu kimi yanaşmalar BMT-də Fələstinin müstəqil dövlət kimi tanınmasına gətirib çıxaracaq:

“1947-ci ildən mövcud olan Fələstin bu gün yox vəziyyətinə gəlib. Qlobal güclərin yardımı ilə prosesdə İsrail yaxından iştirak edib. Bir çox ölkələr bunun bəşəriyyət üçün potensial təhlükə olduğunu anlayır. Gizli məqamların arxasında da bu səbəb dayanır”.

N.Miri deyib ki, bəziləri adıçəkilən ölkələrin qərarını İran Prezidenti İbrahim Rəisinin həlak olması ilə əlaqələndirirlər:

“Lakin bu iki məsələ arasında bağlantı yoxdur. Sözügedən ölkələr 19 may hadisəsindən (Rəisinin helikopter qəzasına uğramasından – red.) xeyli əvvəl Fələstinin müstəqilliyini tanıyacaqlarını bildirmişdilər.

Bu gün qlobal maliyyə şəbəkələrinin başında yəhudi şəbəkələri dayanır. Qlobal maliyyə şəbəkələri dünyanı idarə etmək niyyətindədir. Narahatlıq da bundan qaynaqlanır”.

Safura Bənnayeva
Globalinfo.az